Tramp Britaniyanın böyük səhvini açıqladı
"Böyük Britaniya Şimal dənizində neft və qaz hasilatından imtina etməyi planlaşdırmaqla çox böyük səhv edir və onu açmalı və yel dəyirmanlarından qurtulmalıdır”.
TodayPress xəbər verir ki, bu barədə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp "Truth" sosial şəbəkəsində yazıb.
“Böyük Britaniya çox böyük səhv edir. Şimal dənizini kəşf edin. Yel dəyirmanlarından qurtulun!” deyə o əlavə edib.
Günəş Mərd
tag: Böyük Britaniya,Tramp,Şimal dənizi,Neft,Todaypress.az,