Tramp Britaniya ilə ticarət sazişini elan edəcək
ABŞ prezidenti Donald Tramp mayın 8-i Böyük Britaniya ilə ticarət sazişini elan etməyi planlaşdırır.
TodayPress xəbər verir ki, bu barədə “The New York Times” məlumat verib.
Bu, ABŞ-nin yeni gömrük rüsumları tətbiq etdikdən sonra bağlayacağı ilk ticarət sazişidir.
Hazırda razılaşmanın detalları açıqlanmayıb.
Bildirilib ki, tərəflər ilkin mərhələdə çərçivə sazişi barədə razılaşa, daha sonra isə yekun şərtlər üzərində işə davam edə bilərlər.
Qiymət Mahir
tag: ABŞ,Tramp,Britaniya,Ticarət,Saziş,Todaypress.az,