Tramp BRICS ölkələrini hədələdi

Dünya

01.12.2024 09:34

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp BRICS ölkələrinə çağırış edib.

TodayPress xəbər verir ki, “Truth” sosial şəbəkəsindəki hesabında paylaşım edən D.Tramp BRICS qrupuna xəbərdarlıq edib ki, əgər onlar yeni valyuta yaratsalar, ABŞ hökuməti bu ölkələrə qarşı gömrük rüsumlarını 100 faiz artıracaq.

"Biz istəyirik ki, bu ölkələr yeni BRICS valyutası yaratmayacaqları və ya güclü ABŞ dollarını əvəz edəcək başqa valyutanı dəstəkləməyəcəkləri barədə öhdəlik götürsünlər. Əks halda, onlar 100 faiz tariflərlə üzləşəcək və böyük ABŞ iqtisadiyyatına satışla vidalaşmalı olacaqlar. BRICS-in beynəlxalq ticarətdə ABŞ dollarını əvəz etməsi mümkün deyil və buna cəhd edən hər bir ölkə Amerika ilə vidalaşmalıdır” deyə o bildirib.

tag: ABŞ,Donald Tramp,BRICS,Truth,todaypress.az,