Tramp bəzi ölkələrə tarif güzəştləri edəcək

Dünya

25.03.2025 11:16

1408

ABŞ prezidenti Donald Tramp aprelin 2-də qüvvəyə minəcək “qarşılıqlı tariflər” öncəsi bəzi ölkələrə güzəşt tətbiq edə biləcəyini açıqlayıb.

TodayPress xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərə açıqlama verib.

“Bəzi ölkələrə güzəştlər edə bilərəm, amma bu qarşılıqlı olacaq” deyə o bildirib.

Tramp Avropa İttifaqının (Aİ) avtomobillərə tətbiq olunan tarifləri 2,5 faizə endirməyə razılaşdığını qeyd edib və bunun administrasiyası ilə əldə edilən razılaşma çərçivəsində baş verdiyini vurğulayıb.

“Yaxın günlərdə avtomobillər, ağac materialları və çiplərlə bağlı əlavə tariflər elan edəcəyik. Ancaq əsasən, aprelin 2-si böyük gün olacaq – bu, qarşılıqlı gün olacaq və biz bizdən alınan pulların bir qismini geri qaytaracağıq” o əlavə edib.

Qeyd edək ki, bundan öncə Tramp sosial şəbəkələrdə Venesueladan neft və ya qaz alan ölkələrə 25 faiz tarif tətbiq edəcəyini açıqlayıb.   

Qiymət Mahir

tag: Tramp,ABŞ,Tarif,Güzəşt,Todaypress.az,