Tramp Baydeni ittiham etdi

Dünya

23.01.2025 10:48

ABŞ prezidenti Donald Tramp bildirib ki, ölkənin keçmiş lideri Cozef Baydenə görə Amerika torpaqlarında milyonlarla miqrant var. 

TodayPress xəbər verir ki, siyasətçi bu barədə “Fox News”a müsahibəsində danışıb. 

Tramp Baydeni ABŞ ərazisində 21 milyon miqrantın olmasında ittiham edib və keçmiş prezidentin buna icazə verdiyini vurğulayıb. 

“İnsanların gəlməsinə icazə vermək sağlam düşüncədə böyük səhv idi. Mən rəqəmlərə inanıram - 21 milyon insan və onların böyük faizi dünyanın hər yerindən olan cinayətkarlardır” deyə o qeyd edib. 

Töhfə Səməd

tag: ABŞ,Tramp,Bayden,Cinayət,İttiham,Todaypress.az,