Tramp: Bayden Ukrayna ilə bağlı danışıqlarda səhvlərə yol verdi
Dünya
09.01.2025 06:45
ABŞ prezidenti Cozef Bayden və onun
administrasiyası Ukrayna ilə bağlı danışıqlarda çoxlu səhvlərə yol verib.
TodayPress xəbər verir ki, bu barədə ABŞ-ın gələcək prezidenti
Donald Tramp mətbuat konfransında bildirib.
“Çoxlu səhvlərə yol verilib. Baydenin necə danışıqlar
apardığını eşidəndə düşündüm ki, bu, müharibə ilə bitəcək” deyə o qeyd edib.
Tramp vurğulayıb ki, Moskva mütəmadi olaraq Ukraynanın
Şimali Atlantika Müqaviləsi Təşkilatınının bir hissəsi olmamalı olduğunu
deyirdi, lakin bir anda Bayden qərara gəldi ki, Kiyev NATO-ya daxil olmaq
imkanı əldə etməlidir.
tag: Tramp, Bayden, NATO, Kiyev, UKrayna, todaypress.az,