Tramp: "Bayden hakimiyyəti məni layiqincə qoruya bilmədi"
Dünya
24.07.2024 02:00
ABŞ-nin keçmiş prezidenti və noyabrın
5-də keçiriləcək prezident seçkilərinə namizəd, sui-qəsd cəhdinə məruz qalan
Donald Tramp hazırkı prezident Co Bayden və vitse-prezident Kamala Harrisin
administrasiyasının onu “düzgün” müdafiə etmədiyini bəyan edib.
TodayPress xəbər
verir ki, “Truth Social” hesabında paylaşım edən Tramp iyulun 13-də
Pensilvaniyada məruz qaldığı sui-qəsd cəhdi ilə bağlı yeni dəyərləndirmələr
edib.
O, mesajında "Bayden və
Kamala Harris administrasiyası məni layiqincə qoruya bilmədi və mən demokratiya
üçün gülləyə tuş gəlməli oldum. Bunu etmək mənim üçün böyük şərəf idi" ifadələrini
işlədib.
Sui-qəsd cəhdindən sonra tənqid
edilən ABŞ Məxfi Xidmətinin direktoru Kimberli Çitlın istefa qərarı barədə
danışan Tramp “Fox News Digital”-a “O, lazımi müdafiəni təmin edə bilmədi və mən
demokratiya üçün gülləyə tuş gəlməli oldum” sözlərini təkrarlayıb.
Nəzrin Cavadzadə
tag: Tramp, Bayden , Kamala Harris, Trush Social, todaypress.az,