Tramp: “Bayden geri dönsün”
Dünya
10.09.2024 13:45
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bildirib ki, vitse-prezident Kamala Harrisin reytinqləri düşməyə başlayandan sonra Demokratlar yenidən hazırkı lider Co Baydeni namizəd kimi irəli sürə bilərlər.
TodayPress “TASS”a istinadən xəbər verir ki, Tramp bu barədə “Truth” sosial şəbəkəsində yazıb.
"Onun reytinqləri düşməyə başlayır. Sonra kimin namizədliyini irəli sürəcəklər? Bayden geri dönsün" deyə Tramp qeyd edib.
Xatırladaq ki, ABŞ-də prezident seçkiləri 2024-cü ilin 5 noyabrında keçiriləcək.
Günəş Mərd
tag: Tramp, Kamala Harris, Bayden, ABŞ, Seçki, todaypress.az,