Tramp Bayden ailəsinin məxfi sənədlərə girişini ləğv etdi

Dünya

22.03.2025 09:20

2075

ABŞ prezidenti Donald Tramp Ağ Evin 46-cı lideri Cozef Bayden və onun ailə üzvlərinin məxfi sənədlərinə girişini ləğv edib. 

TodayPress xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytında məlumat verilib.

Sərəncamda deyilir: “Aşağıdakı şəxslərin məxfi məlumatlara çıxışı daha milli maraqlara uyğun deyil: Hillari Klinton, Kamala Harris, Cozef R. Bayden və kiçik Cozef R. Baydenin ailəsinin hər hansı digər üzvü”.

Siyahıya həmçinin keçmiş milli təhlükəsizlik müşaviri Ceykob Sallivan, ABŞ-nin keçmiş dövlət katibi Antoni Blinken, keçmiş vitse-prezident Dik Çeyninin qızı Elizabet və bir çox başqaları daxildir. Onlara həmçinin təhlükəsiz ABŞ dövlət obyektlərinə də daxil olmaq qadağandır.

Töhfə Səməd

tag: ABŞ ,Donald Tramp,Ağ Ev,Cozef Bayden,Sərəncam,todaypress.az,