Tramp “Azadlıq radiosu” və “Amerikanın səsi” ilə bağlı fərman imzaladı

Dünya

15.03.2025 21:20

2239

ABŞ Prezidenti Donald Tramp 7 federal qurumun ləğvi barədə fərman imzalayıb.

TodayPress xəbər verir ki, fərman Ağ Evin rəsmi saytında dərc edilib.

Həmin qurumlar arasında "Azadlıq Radiosu" və "Amerikanın Səsi"ni idarə edən Qlobal Media Agentliyi də yer alır.

Sənəddə qeyd olunub ki, qurumların rəhbərləri öz struktur funksiyaları və onlarla bağlı olan personalı qanunla müəyyən edilmiş minimum həddə qədər azaltmalıdır.

Bildirilib ki, Tramp bu qərarı federal bürokratiyanın həcmini azaltmaq məqsədilə qəbul edib.

tag: Amerikanın Səsi, Tramp, Fərman, Azadlıq Radiosu, Ağ Ev, todaypress.az,