Tramp Avropaya Ukraynaya yardımı kəsmək barədə xəbərdarlıq etdi
Dünya
27.12.2024 09:25
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Avropa ölkələrinə Vaşinqtonun Kiyevə yardımını azaldacağını açıqlayıb.
TodayPress xəbər verir ki, bu barədə "Washington Post" (WP) yazıb.
Nəşr qeyd edib ki, Tramp bununla Avropa ölkələrinə də təsir etməyə çalışır ki, onlar da öz növbəsində Kiyevə yardımı artırsınlar.
Xatırladaq ki, bundan əvvəl Tramp bildirmişdi ki, Ukrayna gələn il yanvarın 20-də işə başlayacaq ABŞ-nin yeni prezident administrasiyası çərçivəsində hazırkı həcmdə yardım gözləməməlidir. Eyni zamanda, o, Ukraynadakı münaqişənin sona çatmasına tam təminat verə bilməyəcəyini vurğulayıb.
Günəş Mərd
tag: ABŞ ,Tramp, Ukrayna,Admistrasiya ,todaypress.az,