Tramp Avropanı hədələdi
ABŞ prezident seçkilərində qalib gələn Donald Tramp Avropa İttifaqının Amerika neft və qazının alışını artırmayacağı təqdirdə Aİ-yə daimi rüsumlar tətbiq edəcəyi ilə hədələyib.
TodayPress xəbər verir ki, o, bu barədə “Truth” sosial şəbəkəsində açıqlama verib.
"Mən Avropa İttifaqına dedim ki, onlar ABŞ ilə olan böyük kəsirlərini bizim neft və qazımızın irimiqyaslı alışı hesabına doldurmalıdırlar. Əks halda, bu, daimi tariflərə səbəb olacaq!" deyə Tramp yazıb.
O əlavə edib ki, bu tələb onun iqtisadi siyasətinin mühüm tərkib hissəsidir.
Günəş Mərd
tag: ABŞ, Aİ, Tramp ,Neft, Qaz, Hədə, todaypress.az,