Tramp and içmədən sonra 100 Fərman imzalayacaq
Dünya
11.01.2025 15:20
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ağ Evdə ilk gündən etibarən 100 fərman hazırlayacaq.
TodayPress xəbər verir ki, bu bardə “Associated Press” yazıb.
Nəşrin məlumatına görə, Tramp Kapitoli təpəsində şəxsi söhbəti zamanı respublikaçı senatorlara qarşıdakı planları barədə danışıb. Bu icra sərəncamlarının bir çoxunun onun vəzifəyə başladığı 20 yanvar Andiçmə Günündə qəbul ediləcəyi gözlənilir.
Trampın baş müşaviri Stiven Miller partiyasının senatorlarına sərhəd təhlükəsizliyi və immiqrasiya ilə bağlı tezliklə görüləcək tədbirlər haqqında məlumat verib.
Seçilmiş prezidentin müttəfiqləri Trampın ABŞ-Meksika sərhədindəki döyüşdən tutmuş enerjinin inkişafına, işə qəbul qaydalarına, məktəblərdə gender siyasətlərinə və məcburi qaydalara qədər bir sıra məsələlərdə tez bir zamanda imzalaya biləcəyi bir sıra icra sərəncamları hazırlayıblar.
Töhfə Səməd
tag: ABŞ ,Tramp, Ağ Ev, Fərman, todaypress.az,