Tramp Amerikanın “axmaq” müharibələrdə iştirakından danışdı

Dünya

31.10.2024 09:49

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp deyib ki, demokratlar amerikalıları xaricə “axmaq” müharibələr aparmaq üçün göndərirlər. 

TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb. 

Siyasətçinin sözlərinə görə, Demokrat Partiyasının nümayəndələri onun tərəfdarlarını daim “irqçilər, fanatiklər, faşistlər” adlandırsalar da, özləri rüşvət alır və cinayətkarlar üçün sərhədlər açırlar.

"Onlar xalqımızı və maliyyəmizi xaricdə axmaq müharibələrlə mübarizəyə yönəldirlər" deyə Tramp iddia edib.

Töhfə Səməd

tag: Amerika, Tramp, Siyasət, Mübarizə, todaypress.az,