"Tramp amerikalıları ələ almaq üçün Rusiya ilə bağlı yalan danışır"

Dünya

19.07.2024 15:11

928

“Donald Trampın Rusiyanın guya ondan “qorxduğuna” dair bəyanatları yerli Amerika auditoriyasına yönəlmiş strategiyadır”.

TodayPress, “TASS”a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov, Trampın çıxışına cavab olaraq jurnalistlərə verdiyi açıqlamada deyib.  

“Bəlli məsələdir ki, ABŞ-də seçki kampaniyaları zamanı siyasi iştirakçılar yerli auditoriya üçün nəzərdə tutulmuş və müvafiq olaraq amerikalıların eşitmək istədikləri ifadələrlə dolu çoxlu müxtəlif bəyanatlar verirlər” deyə Kremlin rəsmisi əlavə edib.

Xatırladaq ki, Donald Tramp Respublikaçıların Milli Qurultayında çıxış edərkən ABŞ-nin Əfqanıstandan qoşunlarını geri çəkdikdən sonra Rusiyanın bundan ruhlanaraq Ukraynaya hücum etdiyini iddia edib. 

Töhfə Səməd

tag: ABŞ, Peskov, Əfqanıstan, Qurultay, Tramp, todaypress.az,