Tramp ali təhsillə bağlı dəyişikliklər edəcək
ABŞ prezidenti Donald Tramp ölkədə kollec və universitetlərə nəzarəti gücləndirmək məqsədilə bir sıra yeni sərəncamlar imzalamağa hazırlaşır.
TodayPress xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Sərəncamlardan biri Təhsil Nazirliyinə ali təhsilin akkreditasiya sistemini yenidən nəzərdən keçirməyi tapşırır.
Məqsəd məktəblərin işəgötürənlər və kreditorlar üçün etibarlılığını artırmaqdır.
Digər sərəncam isə xaricdən gələn maliyyə mənbələrini gizlədən universitetlərin dövlət maliyyələşməsinin dayandırılması ilə bağlıdır.
Bildirilib ki, bu addımlar Tramp administrasiyasının universitetlərdə daxili siyasəti dəyişdirmək və antisemitizmə qarşı mübarizəni gücləndirmək planlarının bir hissəsidir.
Türkan İsgəndərli
tag: Tramp,Ali Təhsil,ABŞ,Qanun,Todaypress.az,