Tramp AI çiplərinin ixrac məhdudiyyətlərini ləğv edəcək

Dünya

08.05.2025 09:18

10

ABŞ prezidenti Donald Tramp süni intellekt çiplərinin ixracına dair məhdudiyyətlərin ləğvini planlaşdırır. Bu məhdudiyyətlər 15 maydan qüvvəyə minməli idi və Çin, Rusiya, İran və Şimali Koreyaya çip satışını qadağan edirdi.

TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. 

Məhdudiyyətlər mayın 15-dən qüvvəyə minməli idi və Çin, Rusiya, İran və Şimali Koreyaya çip satışını qadağan edirdi.

Məlumata görə, Tramp administrasiyası bu qaydanı tətbiq etməyəcək və bu barədə qərar mayın 8-i açıqlana bilər.

Qeyd edək ki, “AMD” şirkəti bu məhdudiyyətlər səbəbindən 2025-ci ildə 1,5 milyard dollar itki gözləyirdi.

Qiymət Mahir

tag: Donald Tramp,Aİ,Çip,ABŞ,todaypress.az,