Tramp: "ABŞ və İran nüvə razılaşmasına yaxındır"
"ABŞ və İran Tehranın nüvə proqramı ilə bağlı böhranı həll etmək üçün razılığa gəlməyə yaxındır".
TodayPress xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.
"Ola bilər ki, rəsmi Tehranın İranda radioaktiv toz yaratmayacağımızla bağlı şərtlərlə razılaşdığını oxumuşsunuz, bunu dostcasına deyirəm. Onların yaxşı iş görmələrini istəyirəm. İran böyük ölkədir, lakin onların nüvə silahı ola bilməz. Bu sadə məsələdir. 30 səhifəlik sənəd yoxdur, sadəcə bir cümlə - onların nüvə silahı ola bilməz. Düşünürəm ki, biz Qətər lideri ilə görüşdə işgüzar anlaşmaya yaxın olacağıq".
Töhfə Səməd
tag: ABŞ ,İran ,Nüvə,Tehran,Donald Tramp,todaypress.az,