Tramp ABŞ tarixində mühakimə olunan ilk prezident oldu
Dünya
11.01.2025 05:34
Nyu-York məhkəməsi ABŞ-nin yeni seçilmiş
Prezidenti Donald Tramp barəsində şərtsiz azad etmə qərarı çıxarıb.
TodayPress bu barədə xarici KİV-ə istinadən xəbər verir
ki, o, bununla da mühakimə olunan ABŞ-nin ilk prezidenti kimi ölkə tarixinə
düşüb.
Məhkəməyə videobağlantı vasitəsilə qatılan yeni dövlət
başçısı 34 maddə üzrə təqsirli bilinib. Hökmə əsasən, Tramp təqsirli olaraq
qalacaq, nə həbs, nə də cərimə olunacaq.
Xatırladaq ki, Donald Tramp 2016-cı ildə keçirilmiş
prezident seçkiləri ərəfəsində aktrisa Stormi Deniyelsin susması məqsədilə
rüşvət verməkdə və biznes məlumatlarını saxtalaşdırmaqda ittiham edilirdi.
Qeyd edək ki, Donald Tramp ABŞ tarixində cinayət
əməllərində ittiham olunan ilk prezidentdir. Onun barəsində ümumilikdə 4
cinayət işi açılıb.
tag: Tramp, ABŞ, Mühakimə, Stormi, todaypress.az,