Tramp ABŞ seçki təşkilatçılarını hədələdi
Dünya
09.09.2024 15:22
Respublikaçılar Partiyasından prezidentliyə namizəd olan Donald Tramp qalib gələcəyi təqdirdə 2024-cü il seçkilərinin təşkilatçılarına qarşı hüquqi tədbirlər görəcəyini bildirib.
TodayPress xəbər verir ki, siyasətçi bu barədə “Truth” sosial şəbəkə hesabına danışıb.
“Mən qalib gəldiyim zaman, aldadan şəxslər qanunun ən yüksək həddi ilə mühakimə olunacaqlar və uzunmüddətli həbs cəzaları ilə üzləşəcəklər. Söhbət seçki rəsmilərindən, eləcə də saxtakarlıq edəcək siyasətçilərdən gedir” deyə Tramp bildirib.
O, əlavə edib ki, hüquqşünaslar ABŞ-də noyabrda keçiriləcək seçkilərin gedişatını diqqətlə izləyirlər.
Günəş Mərd
tag: Donald Tramp, Ağ Ev,ABŞ,Kamala Harris, Demokratlar, Seçki, todaypress.az,