Tramp ABŞ-nin Ukraynaya yardım paketi ayırmasına etiraz etdi

Dünya

14.06.2024 01:23

2994

ABŞ-nin keçmiş prezidenti Donald Tramp ABŞ-nin Ukraynaya 60 milyard dollarlıq yardım paketi ayırmasını tənqid edib.

TodayPress Reuters-ə istinadla xəbər verir ki, siyasətçi Kapitoli təpəsində respublikaçı konqresmenlərlə görüşdə Kiyevə dəstək verilməsinə qarşı çıxıb. “O, “Ukrayna qalib gəlsə, bunun nə faydası olacaq?” deyə sual verib.

Tramp bildirib ki, Ukraynada vəziyyətin inkişafı, Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya zərbələr endirməsi və nüvə silahından istifadə barədə söhbətlər üçüncü dünya müharibəsinin yaxınlaşmasına gətirib çıxarır.

GÜNEL

tag: Donald Tramp, ABŞ, Ukrayna,Rusiya, todaypress.az,