Tramp ABŞ-nin Rusiya və Çinə qarşı siyasətini qınadı
Dünya
09.08.2024 10:24
“ABŞ Rusiya ilə Çinin yaxınlaşmasına imkan verməklə xarici siyasətində səhvə yol verdi”.
TodayPress xəbər verir ki, bu barədə ABŞ prezidentliyinə namizəd Donald Tramp “YouTube”da yayımlanan mətbuat konfransında bildirib.
“Normal bir vaxtda ziddiyyət təşkil edən bu ölkələrə qüvvələrini birləşdirmək üçün imkan verdilər. Bu, Barak Obamanın dövründə başlayıb, Cozef Baydenin dövründə yenidən davam etdirilib” deyə siyasətçi əlavə edib.
Eyni zamanda Tramp vurğulayıb ki, o, prezident olsaydı, Ukraynada münaqişə başlamazdı.
Töhfə Səməd
tag: Tramp, ABŞ, Prezident, Barak Obama, Ukrayna, todaypress.az,