Tramp: “ABŞ-ni sığorta şirkəti kimi görürlər”

Dünya

17.07.2024 16:25

“Tayvan ABŞ-yə müdafiəsini dəstəkləmək üçün pul ödəməlidir”. 

TodayPress xəbər verir ki, bunu ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp “Bloomberg”ə müsahibəsində deyib.

“Düşünürəm ki, Tayvan müdafiə üçün bizə pul ödəməlidir. ABŞ-nin sığorta şirkətindən heç bir fərqi qalmayıb. Yardımımız müqabilində isə bizə heç nə vermirlər” deyə siyasətçi qeyd edib.

Günəş Mərd

tag: Tramp, ABŞ, Tayvan, Sığorta, Yardım, todaypress.az,