Tramp ABŞ-ın milli borcundan xilas olmaq üçün yol tapdığını açıqladı
Dünya
04.11.2024 23:45
ABŞ-da Respublikaçılar
Partiyasından prezidentliyə namizəd Donald Tramp istehza ilə ABŞ-ın nəhəng
dövlət borcundan xilas olmaq üçün yol tapdığını açıqlayıb.
TodayPress xəbər verir ki, o, bu barədə tərəfdarları ilə təkbətək görüşdə danışıb.
“Bəlkə biz ABŞ-ın 35 trilyon dollar borcunu kriptovalyuta ilə ödəyəcəyik. Kiçik bir kağız parçasına yazacam: “35 trilyon dollar kriptovalyuta – borcumuz yoxdur”. Bu mənim xoşuma gəlir.” deyə Tramp bildirib.
Bundan əvvəl amerikalı sahibkar İlon Mask ABŞ-ın yüksək dövlət xərclərinə görə iflasla üzləşə biləcəyini bildirmişdi.
2023-cü ildə qlobal dövlət
borcu 100 trilyon dolları ötüb. Bu borcun təxminən üçdə biri ABŞ-ın payına
düşür.
Bu ilin iyul ayında ABŞ-ın
borcu tarixdə ilk dəfə olaraq 35 trilyon dolları keçib. Analitiklərin fikrincə,
yaxın onillikdə Amerikanın dövlət borcunun həcmi 54 trilyon dollara çata bilər.
tag: Tramp, ABŞ, Dövlət Xərci, İlon Mask, todaypress.az,