Tramp ABŞ hakimiyyətinə İranla bağlı çağırış etdi
Dünya
26.09.2024 09:06
Amerikanın keçmiş prezidenti Donald Tramp ölkənin hazırkı hakimiyyətini İranı ona qarşı təhdidlərin nəticələri barədə xəbərdar etməyə çağırıb.
TodayPress xəbər verir ki, onun bu barədə çıxışının səsyazısı siyasətçinin "YouTube" kanalında yayımlanıb.
Tramp vurğulayıb ki, əgər o, Birləşmiş Ştatların prezidenti olsaydı, İranı vurmaqla hədələyərdi. O, Tehranın ona qarşı sui-qəsd cəhdlərində əli ola biləcəyinə inandığını bəyan edib.
Qeyd edək ki, bundan əvvəl Tramp İranın onun həyatını təhdid etdiyini iddia etmişdi.
Günəş Mərd
tag: ABŞ ,Tramp ,Amerika ,Tehran ,Sui Qəsd ,İran ,todaypress.az,