Tramp ABŞ-də iki dəyişməz cinsi tanıyan fərman imzaladı

Dünya

21.01.2025 18:13

Prezident Donald Tramp ABŞ-də iki dəyişməz cinsin - kişi və qadının tanınması və gender ideologiyası adlanan ideologiyadan imtina edilməsi haqqında fərman imzalayıb.

TodayPress xəbər verir ki, bu barədə Ağ Evin saytında məlumat dərc edilib.

“İki cinsi - kişi və qadını tanımaq ABŞ-nin siyasətidir. İnsan cinsi dəyişməzdir. Fundamental və danılmaz reallığa əsaslanır" deyə sənəddə qeyd olunub.

Bildirilir ki, “cins” anlayışı fərdin dəyişməz bioloji təsnifatına aiddir. Həmçinin qeyd edilir ki, “qadın” və “qız” sözləri müvafiq olaraq qadın yetkinlərə və yetkinlik yaşına çatmayanlara, “kişi” və “oğlan” isə kişilərə aiddir.

Sənəddə gender ideologiyası deyilən, genderi fərdin istəyi ilə dəyişdirilə bilən məfhum kimi təsnif edən ideologiya tənqid edilir. 

Eyni zamanda bu ideologiyanın tərəfdarlarının kişilərin özlərini qadın, qadınların isə kişi kimi tanıya bilməsi iddiası yalan kimi qəbul edilir. 

Tramp həmçinin qadınlar və ya kişilər üçün nəzərdə tutulmuş şəxsi məkanlardan subyektiv şəxsiyyətdən çox bioloji xüsusiyyətlərə əsaslanan müvafiq cinsdən olanlar tərəfindən istifadə edilməsini də tapşırıb.

Bundan əlavə, bütün federal qurumlara gender ideologiyasını təşviq edən və ya tətbiq edən bütün məlumatları silmək əmri verilib. Həmçinin bu cür ideyaların təşviqi üçün dövlət maliyyəsindən istifadə etmək qadağandır. 

Dövlət vəsaiti hesabına cinsiyyətin dəyişdirilməsi ilə bağlı tibbi prosedurların aparılması da qadağandır.

Nicat Osman

tag: ABŞ ,Donald Tramp,