Tramp ABŞ-Çin danışıqlarını müsbət dəyərləndirdi

Dünya

11.05.2025 13:45

22

ABŞ prezidenti Donald Tramp İsveçrədə keçirilən ABŞ və Çin nümayəndə heyətlərinin ilk ticarət danışıqlarının nəticələrini müsbət qiymətləndirib. 

TodayPress xəbər verir ki, o, bu barədə “Truth Social” platformasında yazıb. 

“Çinlə çox yaxşı görüş keçirdik. Böyük irəliləyiş əldə olundu, bir çox məsələ müzakirə və razılaşdırıldı. İstəyirik ki, Çin ABŞ biznesinə daha açıq olsun. Bu, hər iki ölkənin xeyrinə olar” deyə Tramp bildirib. 

Qiymət Mahir

tag: ABŞ,Tramp,Ticarət,Çin,todaypress.az,