Tramp 37 ölkədən uzaqlaşdırıla bilər
Dünya
04.06.2024 15:55
ABŞ-nin sabiq prezidenti Donald Trampın keçmişdə törətdiyi kriminal əmməllərinə görə 37 ölkəyə girişi qadağan edilə bilər.
TodayPress xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Siyasətçinin İran, Kanada, Çin, Böyük Britaniya və məhkumların girişinin qadağan olunduğu onlarla başqa ölkələrə səfəri məhdudlaşa bilər.
Prezident seçiləcəyi təqdirdə isə bu ölkələrə daxil olmaq üçün xüsusi icazə almalı olacaq.
Qeyd edək ki, mayın 31-də Nyu-York məhkəməsinin münsiflər heyəti Donald Trampı keçmiş porno aktrisa Stormi Danielsə pul ödəyərkən “Trump Organization” şirkətinin maliyyə sənədlərini saxtalaşdırmaqda təqsirli bilib. Hakim yekun hökmü iyulun 11-də verəcək. O, bu işdə maksimum 130 ildən çox həbs cəzası ala bilər.
Günəş Mərd
tag: Tramp, ABŞ, TASS, Kanada, Çin, Böyük Britaniya, todaypress.az,