Tramp 1915-ci il hadisələri barədə "soyqırımı" sözündən istifadə etmədiyini bildirdi

Dünya

24.04.2025 22:20

7

ABŞ Prezidenti Donald Tramp 1915-ci ilin aprelin 24-də baş verən hadisələr haqda "soyqırımı” sözündən istifadə etməyib.

TodayPress xəbər verir ki, bu barədə dövlət başçısının Ağ Evin saytında dərc olunan müraciətində bildirilib.

O, 1915-ci ildə baş verən hadisələri "ən dəhşətli fəlakət" adlandırıb.

Xatırladaq ki, Tramp əvvəlki prezidentliyi dövründə də "soyqırımı" ifadəsini işlətməyib.

tag: ABŞ, Tramp, Soyqırım, Ağ Ev, Prezident, todaypress.az,