Tramp 15 min transseksualı ABŞ ordusundan qovacaq

Dünya

25.11.2024 09:55

976

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp ölkənin silahlı qüvvələrinin bütün transseksual hərbçilərinin işdən çıxarılması üçün sərəncam imzalamağa hazırlaşır. 

TodayPress xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb. 

Qeyd olunub ki, həqiqi hərbi qulluqçuların sıralarında 15 minə yaxın transseksual var və onların tibbi səbəblərə görə xidmətə yararsız kimi tərxis olunması planlaşdırılır. 

Məlumata görə, yeni fərman 2018-ci ilin martında Trampın birinci prezidentliyi dövründə qəbul edilmiş əvvəlki fərmanla müqayisədə daha sərt olacaq (Cozef Bayden bu qərarı 2021-ci ilin yanvarında ləğv edib). O zaman respublikaçı transseksualların hərbi xidmətə getməsini qadağan etmişdi, lakin sonradan xidmət edənlərə hərbi fəaliyyətlərini davam etdirməyə icazə vermişdi. 

Yeni fərman hətta silahlı qüvvələrdə bacarıqlı olan transseksualların da işdən çıxarılmasını təklif edir.

Günəş Mərd

tag: Tramp, Prezident, Ordu, Bayden, Transseksual, ABŞ, todaypress.az,