Toz fırtınası Rusiyanı bürüdü
Rusiyanın cənub bölgələrini toz fırtınası bürüyüb.
TodayPress xəbər verir ki, bu barədə “URA.RU” teleqram kanalı məlumat yayıb.
Kanalın məlumatına görə, Stavropol, Kalmıkiya, Volqoqrad və Rostov vilayətlərində qumlu güclü küləklər müşahidə olunur.
Bundan başqa, Elista -Arzgir-Mineralnıye Vodı avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Göyün üzünü narıncı rəngin bürüdüyü qeyd edilir.
Günəş Mərd
tag: Rusiya,Toz fırtınası,Rostov,Yol,Todaypress.az,