“Toyota”nın gizli məlumatları internetə sızdırıldı

Dünya

21.08.2024 15:40

“Toyota” hakerlər tərəfindən bazasına hücum olduğunu və nəticədə məlumatlarının oğurlandığını təsdiqləyib. 

TodayPress xəbər verir ki, bu barədə “Bleeping Computer” məlumat yayıb.

“Zero Seven Group” haker qrupunun kibercinayətkarları bu hücumu təşkil etdiklərini etiraf ediblər: 

“Biz dünyanın ən böyük avtomobil istehsalçılarından birinin (Toyota) ABŞ filialının bazasını sındırdıq. Faylları sizinlə pulsuz paylaşmaqdan çox məmnunuq” deyə onlar bildiriblər.

Töhfə Səməd

tag: Toyota, Avtomobil,Kibercinayətkarlar, ABŞ, Dünya, todaypress.az,