Torpaqdan enerji toplaya bakterial akkumulyator hazırlandı
Dünya
15.06.2024 00:50
İngiltərədə bir startap torpağa basdırıldıqda elektrik enerjisi istehsal edə bilən bakteriya ilə işləyən akkumulyator hazırlayıb.
TodayPress xəbər verir ki, bakteriya Bat Universitetində davamlı enerjinin bu yeni formasını kommersiyalaşdırmaq və kənd təsərrüfatı sektorunu dəyişdirmək ümidi ilə yaradılıb.
Bu texnologiya, fermerlərin səmərəliliyini artırmaq, xərcləri azaltmaq və məhsuldarlığı inkişaf etdirmək məqsədilə istifadə etdikləri sensorları və digər IoT cihazlarını gücləndirmək üçün mövcud üsullara yaşıl alternativ təklif edir.
Cihazlar hazırda dəyişdirilməsi lazım olan birdəfəlik batareyalara və kabellərlə çalışır. İddia edilir ki, bakteriya daha praktik və əlverişlidir. O təmirə ehtiyac olmadan 25 ildən çox istifadəyə yararlı ola bilər.
GÜNEL
tag: Bakteriya, Enerji, Texnologiya,İngiltərə, todaypress.az,