Torpaq sürüşməsi nəticəsində 250-ə yaxın insan öldü

Dünya

26.07.2024 17:45

1499

Efiopiyanın cənubundakı Qofa bölgəsində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb. 

TodayPress xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Koordinasiya Ofisi məlumat yayıb. 

Bir neçə gün davam edən leysan yağışlardan sonra Qofa bölgəsində ardıcıl iki sürüşmə baş verib və yüzlərlə insan torpaq altında qalıb. Son informasiyaya görə, 148-i kişi, 81-i qadın olmaqla ümumilikdə 229 nəfərin cəsədi aşkar edilərək çıxarılıb. 

Axtarış-xilasetmə əməliyyatları davam edir. 

Töhfə Səməd

tag: Efiopiya, Qofa, Torpaq Sürüşməsi, Leysan, İnsanlar, Xilasetmə, todaypress.az,