Torpaq sürüşməsi 20 nəfərin həyatına son qoydu

Dünya

30.11.2024 09:35

Uqandanın şərqində torpaq sürüşməsi nəticəsində 20 nəfər ölüb.

TodayPress xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.  

Dağlıq Bulambuli bölgəsində altı kəndə təsir edən güclü yağışlar torpaq sürüşməsinə səbəb olub. 125 ev dağılıb. 750 nəfər bölgədən təxliyə edilib.

Axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Günəş Mərd

tag: Uqanda, Torpaq Sürüşməsi, Xilasetmə, Əməliyyat, todaypress.az,