Torpaq sürüşmәsi baş verdi, itkin düşәnlәr var

Dünya

12.07.2024 14:57

Yaponiyanın Ehime prefekturasında yağan güclü leysan yağışlarından sonra torpaq sürüşməsi baş berib. 

TodayPress xəbər verir ki, bu barədə “TRT” kanalı məlumat yayıb. 

Səlahiyyətlilər 3 nәfәrin itkin düşdüyünü və axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib. Leysan yağışları nəticəsində insanlara təxliyə xәbәrdarlığı edilib vә şəhərdə dərslərin 1 gün müddətinə dayandırıldığı deyilib. 

Həmçinin riskli ərazilərdə yaşayan sakinlərə daşqın və torpaq sürüşmələrinə hazır olmaları ilә әlaqәdar çağırış edilib.

Töhfə Səməd

tag: Yaponiya, Ehime, Səlahiyyətlər, Daşqın, Torpaq Sürüşmələri, todaypress.az,