Törətmədiyi qətlə görə 43 il cəza çəkən qadın azadlıqda
Törətmədiyi qətlə görə 43 il cəza
çəkən qadın məhkumluğu ləğv edildikdən sonra sərbəst buraxılıb.
TodayPress xəbər verir ki, Sandra Hemme 1980-ci ilin noyabrında Missuri ştatının Sent
Cozef şəhərindən kitabxana işçisi Patrisiya Yeşkeni bıçaqlayaraq öldürməkdə təqsirli
bilinəndə 20 yaşında olub. O, həmin vaxt ömürlük həbs cəzasına məhkum edilib.
Məlumata görə, psixiatriya xəstəxanasında
ağır sedasyon altında verdiyi etirafdan başqa onu cinayətlə əlaqələndirən heç
bir sübut olmayıb.
Nümayəndələrinin dediyinə görə,
Sandra hazırda 64 yaşındadır. O, ABŞ tarixində bir qadına qarşı bilinən ən uzun
müddətdli qanunsuz məhkumluğu çəkib.
O, artıq həbsdə olmasa da,
onun işinə hələ də baxılır.
Araşdırmalar nəticəsində məlum
olub ki, yerli polis daha sonra başqa bir cinayətə görə həbsxanaya düşən və
2015-ci ildə vəfat edən Maykl Holmana işarə edən sübutlara məhəl qoymayıb.
Bu sübutların heç biri xanım
Hemmenin müdafiə komandasına açıqlanmayıb.
Məlum olub ki, Hemmenin qətllə
heç bir əlaqəsi yoxdur. Onu cinayətlə əlaqələndirən heç bir şahid olmayıb.
Nəzrin Cavadzadə
tag: Sandra Hemme, Sent Cozef, Qətl, Cəza, todaypress.az,