Topkurulu: "ABŞ-nin tarifləri Türkiyəyə təsir etmir"
"ABŞ-nin Türkiyəyə tətbiq etdiyi aşağı ticarət tarifləri ölkəyə müəyyən dərəcədə təsir etsə də, bunun ciddi ziyanı olmayacaq".
TodayPress xəbər verir ki, bu barədə Türkiyənin Vətən Partiyasının sədr müavini Hakan Topkurulu deyib.
Onun sözlərinə görə, ABŞ-nin ümumi idxalı 3 trilyon dollar, Türkiyədən idxal isə cəmi 16 milyard dollar təşkil edir.
Bu səbəbdən 10%-lik aşağı tarif Türkiyə üçün çox ciddi fayda verməyəcək.
Topkurulu qeyd edib ki, Türkiyənin ixrac edəcəyi məhsulların çeşidi məhduddur.
Xatırladaq ki, aprelin 2-də ABŞ prezidenti Donald Tramp 185 ölkəyə 10-50% arasında dəyişən yeni ticarət tarifləri tətbiq edib.
Türkan İsgəndərli
tag: Hakan Topkurulu,Tarif,Türkiyə,Təsir,Todaypress.az,