Tonqa sahillərində 6 ballıq zəlzələ qeydə alındı

Dünya

15.07.2024 22:17

2365

Tonqa Krallığının sahilində 6 maqnitudalı zəlzələ olub.

TodayPress xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib..

Qeyd olunub ki, yeraltı təkanların episentri təxminən 4,3 min nəfərin yaşadığı Neiafu şəhərindən 232 km şimalda yerləşib. Təbiət hadisəsinin ocağı 30 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.

tag: todaypress.az, Zəlzələ, Neiafu, Tonqa, Avropa-Aralıq dənizi,