“Tomaqavk” raketləri Ukraynaya ötürüləcək
Dünya
29.10.2024 17:05
Ukrayna prezidenti Volodimir Zelenskinin “Qələbə Planı”nın ictimaiyyətə açıqlanmayan gizli hissəsi 2400 kilometrə qədər məsafə qət edə bilən ən son modifikasiyalı Amerika “Tomaqavk” raketlərinin ötürülməsini nəzərdə tutur. Bu, ATACMS-dan yeddi dəfə böyükdür.
TodayPress xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
“Qələbə Planı”nın açıqlanmayan hissəsində Zelenski Ukraynanın “Tomaqavk” raketlərini alacağını bildirib” ABŞ hökumətinin sözçüsü deyib.
Qeyd edək ki, “Tomaqavk” raketləri ABŞ-də ən güclü silahlardan biridir və sualtı donanma da daxil olmaqla Hərbi Dəniz Qüvvələrinə xidmət edir.
Günəş Mərd
tag: Zelenski, Ukrayna, Qələbə Planı, ABŞ,Dünya, todaypress.az,