Tom Henks: "Trampın ikinci dəfə hakimiyyətə gəlməsi Amerika üçün təhdid ola bilər"
Dünya
06.06.2024 23:31
Məşhur Hollivud ulduzu Tom Henks Donald Trampın ikinci dəfə ABŞ prezdenti seçilməsindən narahat olduğunu bildirib.
TodayPress CNN-ə istinadla xəbər verir ki, aktyor Fransanın Normandiya şəhərində ABŞ prezidenti Co Baydenlə birgə qatıldığı hərbi veteranlarla görüşdə jurnalistlərin suallarını cavablandırıb. 67 yaşlı aktyor Donald Trampın ikinci dəfə hakimiyyətə gəlməsini Amerikanın birliyə doğru addımlamasında bir təhdid olaraq gördüyün deyib.
“Uzun müddətdir baş verənləri izləyirəm və düşünürəm ki, irəli gedən çox şey var. Konstitusiyamız da “Biz, Birləşmiş Ştatlar xalqı, daha mükəmməl birlik yaratmaq üçün” deyilir. Düşünürəm ki, bu yolda səhv addıma yol vermək olmaz” deyə Henks bildirib. Bundan başqa aktyor Bayden administrasiyasının hakimiyyətə gəldikləri ilk ildəki nəaliyyətlərindən bəhs edib.
GÜNEL
tag: Tom Henks, Donald Tramp, Co Bayden, ABŞ , todaypress.az,