Tokio Minskə etiraz etdi

Dünya

06.09.2024 10:43

Yaponiya hökuməti Belarus televiziyasında xüsusi xidmət orqanlarında məxfi işləməkdə şübhəli bilinərək saxlanılan vətəndaşı Masatoşi Nakanişi haqqında süjetin yayılmasına görə Minskə etiraz edib.

TodayPress "TASS"a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin katibi Yoşimasa Hayaşi bildirib.

“Biz verilişin ləğv edilməsini qəti surətdə tələb etsək də, nəticədə efirə verilməsi çox təəssüf doğurur. Yayımdan sonra biz dərhal Belarus Xarici İşlər Nazirliyinə etirazımızı bildirdik” deyə Hayaşi bildirib.

O əlavə edib ki, Tokio bunu insan hüquqlarının pozulması hesab edir.

Günəş Mərd

tag: Yaponiya, Tokio, Belarus,Minsk, todaypress.az,