Tokayev və Tramp arasında telefon danışığı baş tutdu
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə ABŞ-ın yeni
seçilmiş Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
TodayPress
xəbər verir ki, bu barədə
Qazaxıstan prezidentinin rəsmi saytında məlumat verilib.
Bildirilib ki,
Tokayev Trampı prezident vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.
Siyasətçilər
ticarət, sərmayə və nüvə silahlarının yayılmaması sahəsində strateji
tərəfdaşlığın intensiv inkişafına qarşılıqlı sadiqliyi təsdiqləyiblər.
Qazaxıstan
Prezidenti beynəlxalq gündəmin ən aktual məsələlərlə bağlı ölkəsinin mövqeyini
açıqlayıb.
Prezidentlər
ikitərəfli əməkdaşlığın yüksək dinamikasını saxlamaq məqsədilə müntəzəm
əlaqələr qurmaq barədə razılığa gəliblər.
tag: Siyasətçi, Tokayev, Tramp, Azərbaycan,Prezident, Todaypress.az,