Tokayev: “Qazaxıstan beynəlxalq birliyin nüfuzlu üzvü kimi öz missiyasını həyata keçirir”

Dünya

17.10.2024 15:07

1835

Qazaxıstan uzun illərdir ki, beynəlxalq birliyin nüfuzlu üzvü kimi öz missiyasını həyata keçirir. Xarici siyasətimizin əsas elementləri müstəqillik, çoxtərəflilik, regional sabitlik və diplomatiyadır.

TodayPress Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Astana Beyin Mərkəzləri Forumunun plenar iclasında çıxışı zamanı deyib.

Prezident forum iştirakçılarına İranla nüvə sazişinin bağlanması, Suriya məsələsi üzrə danışıqlar və Azərbaycanla Ermənistan arasında bu yaxınlarda keçirilən görüş üçün Qazaxıstanın platforma yaratdığını xatırladıb.

Dövlət başçısı nüvə tərk-silahı, ətraf mühitin mühafizəsi kimi mövzulara da diqqət yetirib.

“Biz könüllü olaraq, nüvə arsenalımızdan imtina etdik və onun qlobal miqyasda yayılmaması səylərini dəstəkləməyə davam edəcəyik. Astananın Beynəlxalq Biotəhlükəsizlik Agentliyinin yaradılması təşəbbüsü qlobal təhlükəsizlik təhdidlərinə qarşı mübarizə üzrə öhdəliyimizi tamamlayır. Ətraf mühitin mühafizəsi sahəsində Qazaxıstan qlobal iqlim gündəliyinin məqsədlərinə sadiqdir. Biz Paris iqlim Sazişini qətiyyətlə dəstəkləyirik” deyə Kasım-Jomart Tokayev qeyd edib.

tag: Prezident ,Qazaxıstan,Tokayev ,Astana ,Azərbaycan ,Ermənistan ,todaypress.az,