Tokayev Putinə kömək təklif etdi

Dünya

24.06.2024 10:22

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Dağıstanda baş verən terror aktları ilə əlaqədar Rusiya prezidenti Vladimir Putinə başsağlığı verib. 

TodayPress xəbər verir ki, bu barədə teleqram kanalları məlumat yayıb. 

O, Moskvaya hüquq-mühafizə orqanlarının əməliyyat-istintaq fəaliyyətində yardım təklif edib.  

“Qazaxıstan bu qeyri-insani hərəkəti qətiyyətlə pisləyir və BMT, ŞƏT və digər mötəbər beynəlxalq təşkilatların himayəsi altında terrorizmə qarşı mübarizədə çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsinin tərəfdarıdır” deyə Tokayev bildirib. 

Qeyd edək ki, iyunun 23-də axşam Dərbənddə sinaqoq və kilsəyə, Mahaçqalada kilsəyə, sinaqoqa və yol polisi postuna, eləcə də Serqokalı kəndinin mərkəzində avtomobilə hücum olub. Terror aktı nəticəsində Daxili İşlər Nazirliyinin 15-dən çox əməkdaşı həlak və bir neçə mülki şəxs həlak olub. Öldürülənlər arasında Dərbənddəki kilsənin keşişi də var. Altı silahlı məhv edilib. Terror aktı ilə bağlı cinayət işi açılıb.

Günəş Mərd

tag: Tokayev, Putin, Moskva, Dərbənd, Mahaçqala,Terror, todaypress.az,