Tokayev imzaladı: Narkotik cinayətlərinə görə ömürlük həbs

Dünya

02.01.2025 15:54

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev əvvəllər parlament tərəfindən təsdiq edilmiş, narkotik vasitələrin istehsalı və satışına görə ömürlük həbsə qədər cəzaları sərtləşdirən qanunu imzalayıb.

TodayPress xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Qanun narkotik vasitələrin yayılmasına görə vəzifəli şəxslərin cinayət məsuliyyətini də sərtləşdirib.  

Belə ki, sözügedən cinayətlərdə ittiham olunan şəxsləri əmlakı müsadirə olunmaqla 15 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir.

tag: Tokayev ,Qazaxıstan ,Narkotik ,İmzalanma, todaypress.az,