Tokayev Almaniya kansleri ilə mətbuat konfransı keçirməkdən imtina etdi
Qazaxıstan prezidenti
Qasım-Jomart Tokayev və Almaniya kansleri Olaf Şolts arasında
planlaşdırılan birgə mətbuat konfransı gözlənilmədən Qazaxıstan tərəfinin
təşəbbüsü ilə ləğv edilib.
Todaypress xəbər verir ki, bu barədə Almaniya mətbuatı yazıb.
Buna baxmayaraq,
Şolts Tokayevlə görüşdən sonra jurnalistlərlə danışıb. Qazaxstanlı
həmkarlarının belə bir addımını nə dərəcədə qonaqpərvər hesab etməsi ilə bağlı
sualı cavablandıran kansler qeyd edib ki, “hər halda bütün dünyada jurnalistlər
üçün yaxşı iş şəraitinin olmasını istərdim. Ona görə də mən burada sizin
qarşınızda dayanıram ki, buna kiçik bir töhfə verəcəyəm" o əlavə edib.
Şolts Astanada
Tokayevlə iki ölkə arasında enerji, ticarət və investisiya sahələrində
qarşılıqlı əlaqələrin gücləndirilməsini müzakirə edib.
tag: Tokayev,Qasım-Jomart, Olaf Şolts, Qazaxıstan, Astana,todaypress.az,