Toivo Klaar Aİ-nin Özbəkistandakı səfiri təyin edildi
2024-cü
il sentyabrın 9-dan etibarən Avropa İttifaqı Toivo Klaarı Özbəkistan üzrə yeni
səfir təyin edib.
TodayPress xəbər verir ki, bu barədə
Avropa İttifaqının mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki,
Toyvo Klaar 2017-ci ildən etibarən Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə
Avropa İttifaqının xüsusi nümayəndəsi vəzifəsini icra edirdi.
Son illərdə
Avropa İttifaqı ilə Özbəkistan arasına əməkdaşlıq əhəmiyyətli dərəcədə
genişlənib, xüsusən iqtisadi əməkdaşlıq, insan hüquqları və demokratik
islahatlar sahələrində. Avropa İttifaqı Özbəkistanın əsas ticarət
tərəfdaşlarından biridir və enerji, təhsil və idarəetmə kimi sahələrdə müxtəlif
inkişaf layihələrində iştirak edir.
2022-ci ildə
Avropa İttifaqı ilə Özbəkistan münasibətlərini daha da inkişaf etdirərək,
Ticarət, İnvəstisiya və Siyasi Əməkdaşlıq üzrə tərəfdaşlıq və əməkdaşlıq (EPCA)
Sazişini imzalayıblar.
tag: Aİ, Tyvo Klaar, Özbəkistan,Səfir,todaypress.az,