Timsah 12 yaşlı qızı parçalayaraq öldürdü
Dünya
05.07.2024 00:57
Avstraliyada timsah 12 yaşlı
qızı parçalayaraq öldürüb.
TodayPress xarici mətbuata
istinadən xəbər verir ki, Avstraliyanın şimalındakı Palumpada çimməyə gedən 12
yaşlı qız timsah tərəfindən parçalanıb.
Uşağın bədən hissələri 36 saat
davam edən gərgin axtarışlardan sonra tapılıb. Səlahiyyətlilər hadisəni
"xüsusilə dəhşətli" adlandırıb.
Ailənin həddindən artıq şok vəziyyətində
olduğunu bildirib. Şimal Ərazisinin Polis Naziri Brent Potter yerli əhaliyə
diqqətli olmaları barədə xəbərdarlıq edib. Polislərə isə həmin timsahın
öldürülməsi barədə xüsusi göstəriş verilib.
Əraziyə helikopterlər və
motorlu qayıqlar cəlb edilib.
tag: Avstraliya, Timsah, Palumpa, Brent Potter, todaypress.az,