TikTok-un yaradıcısı Çinin ən varlı adamı oldu

Dünya

27.03.2025 17:05

1719

TikTok-un sahibi, “ByteDance”ın qurucusu Zhang Yiming hazırda Çinin ən varlı adamları reytinqinə başçılıq edir.

TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” istinadən məlumat yayıb.

41 yaşlı iş adamının sərvəti 2024-cü ildə 13,6 milyard dollar artıb və 2025-ci ilin mart ayının sonunda 57,5 milyard dollar olub.

İkinci yerdə 56,6 milyard dollar kapitalla “Tencent Holdings” texnologiya şirkətinin həmtəsisçisi Ma Huateng qərarlaşıb.

Xatırladaq ki, keçən il Ma Huateng Çinin ən varlı adamları reytinqində birinci olub. 

Aysel Mətləb

tag: Tik-Tok,Zhang Yiming ,Çin,Ən varlı adam,Todaypress.az,